Tahir Nəsib

Anahtar Kelimeler: təkrarlar, epik yaradıcılıq, söyləyicilik mədəniyyəti, Qeser, Dədə Qorqud, Maaday-Qara, seq-daralqa, turelqe

Özet

Təhkiyyəşünaslıq, narrotologiya müasir ədəbiyyat nəzəriyyələrinin əsas istiqamətlərindən birini təşkil edir. Təhkiyyə, onun elementləri, strukturu, inkişaf dinamikasının tədqiqi və tətbiqi yolu ilə mətnin bir çox spesifik xüsusiyyətlərini araşdırıb müəyyənləşdirmək, onun dərin qatlarına enmək mümkün olur. Nəzəriyyəçilər tərəfindən yazılı ədəbiyyatda təhkiyyənin öyrənilmə mexanizminin əsasən müəyyənləşdirilməsinə baxmayaraq xalq ədəbiyyat mətnlərinin tədqiqində bu nəzəriyyənin inkişafına ehtiyac var. Xalq epik yaradıcılığı özünəməxsus təhkiyyə xüsusiyyətlərinə malikdir. Türk, eləcə də ural-altay xalqlarının mifoloji mətnlərində, əfsanə, nağıl və eposlarda, ümumiyyətlə epik mətndə təkrarlar həm forma, həm də məzmunla bağlı funksiya yerinə yetirən mühüm elementlərdir. Onlar epik yaradıcılıq əsərlərini, söyləyicilik mədəniyyətini səciyyələndirən əsas xüsusiyyətlər sırasına daxildir. İlk baxışda formal təsir bağışlayan təkrarlar epik yaddaşla bağlıdır və başlanğıcını qədim ayinlərdən alır. Bu qədim ayin üsulu ilə dastançılar dinləyicilərin diqqətini cəlb edir, onları təsirdə saxlayırdılar. Məqalədə təkrarların yaranmasının əsas istiamətləri haqda məlumat verilir. Həmin xüsusiyyətin aqlyutinativ dillərin genetik əlamətləri ilə bağlı olması əlaqələndirilib izah olunur. Məsələni əsalandırmaq üçün "Qeser", "Dədə Qorqud", "Maaday-Qara" və s. dastanlardan mümunələr gətirilir. Monqol, türk söyləyicilik sənətində mühüm yer tutan "seqdaralqa", "turelqe" ifaçılıq xüsusiyyətinin əhəmiyyəti və ənənəviliyi araşdırılır.